Aslan Kərimov Maltaya niyə gedib? - AÇIQLAMA

Aslan Kərimov Maltaya niyə gedib? - AÇIQLAMA

Maltanın Valetta şəhərində UEFA tərəfindən seminarda Azərbaycan təmsilçiləri də iştirak edirlər.

Sözügedən ölkədəki seminara qatılan Aslan Kərimovun bu haqda Fanat. Az-a açıqlaması belə oldu:

"Hazırda fitneslə bağlı seminardır.  Bir neçə ölkələr UEFA fitnes kursları keçməlidirlər. UEFA-da fitnesin lisenziyası ilə bağlı tədbirdir. Burada müzakirələr olacaq ki, necə başlayaq. Tədbirdə İtaliya, Kosova və digər ölkələr iştirak edir".

Qeyd edək ki, Aslan Kərimov AFFA-da Pro kateqoriyalı məşqçi kurslarının təlimatçısıdır. 

Nahid Məmmədov  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər