Artyom Milevski Azərbaycanda oynayacaq?

Artyom Milevski Azərbaycanda oynayacaq?
"Artyom Milevskinin "Qəbələ"yə keçidi aktual deyil". Fanat.az xəbər verir ki, bu sözləri ukraynalı futbolçunun meneceri Kamil Məmmədov deyib.
Yayda Milevskinin "Qəbələ"yə keçəcəyi deyilsə də, o, Türkiyənin "Qaziantepspor" klubuna üz tutdu. Bir neçə gün əvvəl Super Liqa təmsilçisindən ayrılan ukraynalının Azərbaycanda oynaya biləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin onun azərbaycanlı meneceri təkzib edib: "Milevskinin meneceri mənəm. Əgər belə bir şey olsa, hamıdan öncə mənim xəbərim olardı. Bu futbolçu "Qəbələ"dən heç bir təklif almayıb".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər