"Neftçi”nin və yığmamızın üzvü Araz Abdullayev Rumıniya klubuna keçməyə yaxındı.
Sport7.az xəbər verir ki, bugünlərdə onun "Astra”ya gedəcəyi gündəmə gəlib. İddialara görə rumınlar futbolçunu birbaşa müqaviləyə dəvət ediblər.
Bunun nə dərəcədə doğru olub olmadığını öyrənmək üçün "Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq: "Ortada rəsmi heç bir şey yoxdu hələ ki. Olan kimi məlumat verəcəyik. Danışıq varsa belə indiki halda açıqlama vermək prosesə təsir edə bilər. Müxtəlif versiyalar ola bilər. Amma bu xəbərin yayılmasının mənbəyi biz deyilik. Ad açıqlamamışıq"
Fanat.Az