AMADA-nın Təhsil Şöbəsinin əməkdaşları Respublika Velotrekində idmançılar üçün antidopinq haqqında maarifləndirici seminar keçiriblər.
Fanat.Az xəbər verir ki, tədbir zamanı iştirakçılara Antidopinq Qayda Pozuntuları, Dopinq Nəzarəti Prosesi, terapevtik istifadə üçün istisnalar, Məkan məlumatı və digər məsələlər haqqında məlumat verilib.
Daha sonra idmançılar sual-cavab sessiyasında antidopinq sahəsindəki biliklərini yoxlayıblar.
Fanat.Az