Sentyabrda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə üç vebinar təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, sentyabrın 17-də keçiriləcək vebinarda gənc idmançılara antidopinq dəyərləri haqqında məlumat veriləcək.
Ayın 24-də həkimlər üçün təşkil olunacaq vebinarda COVID-19 haqqında fikir mübadiləsi aparılacaq. Sentyabrın 26-da keçiriləcək sonuncu vebinar dopinq nəzarəti inspektorları üçün nəzərdə tutulub.
Fanat.Az