Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 matç keçirilib.
“Ayntraxt” – “Köln” qarşılaşması heç-heçə bitib. Son çempion “Bayern Münhen” isə səfərdə “Bohum”u 7 cavabsız qola yenib.
3 turdan sonra “Bayern” 9 xalla liderdir. Bu komandanın əsas izləyiciləri 7 xala malik “Borussiya” (Mönhenqladbax), “Union Berlin” və “Maynts”dır. Dortmund “Borussiya”sı 6 xalla 7-ci sırada qərarlaşıb.
Bundesliqa III tur
21 avqust
Ayntraxt – Köln 1:1 Qollar: Kamada, 71 – Tilman, 82.
Bohum – Bayern 0:7 Qollar: Sane, 4. De Liqt, 25. Koman, 33. Mane, 42; 60-pen. Qamboa, 69-öz qapısına. Qnabri, 76.
20 avqust
Borussiya Dortmund - Verder 2:3 Qollar: Brandt, 45+2, Qerreyru, 77 - Bucanan, 89, Şmidt, 90+3, Berk, 90+5.
Bayer Leverkuzen - Hoffenhaym 0:3 Qollar: Baumqartner, 9, Kramariç, 35, Rütter, 78.
Volfsburq - Şalke 0:0
Ştutqart - Frayburq 0:1 Qol: Qrifo, 11.
Auqsburq - Maynts 1:2 Qollar: Demiroviç, 35 - Onisivo, 31, Li Ce Sun, 90+3.
Union Berlin - Layptsiq 2:1 Qollar: Sibaço, 32, Bekker, 38 - Orban, 83.
19 avqust
Borussiya Mönhenqladbax - Herta Qol: Plea, 34-pen.
