Ali Gökdəmir Azərbaycana pənah gətirdi

Ali Gökdəmir Azərbaycana pənah gətirdi

Azərbaycan milli komandasının müdafiəçisi Ali Gökdəmir "Simurq"a keçib. Fanat.az xəbər verir ki, bir müddət Zaqatala təmsilçisinin düşərgəsində baxışda olan cinah müdafiəçisinin oyunu baş məşqçi Giorgi Çixradzenin xoşuna gəlib. Gökdəmir "Simurq"a azad agent statusu ilə keçib.

23 yaşlı futbolçu milli komandamızın heyətində 7 oyun keçirib. Karyerasını Almaniya "Hannover"ində başlayan müdafiəçi əsas komandaya düşə bilməyib. Yanvarda "Elazığspor"a keçən Ali Türkiyədə də özünü sübut etməyi bacarmayıb. Mövsümün sonunadək ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilən milliləşdirilimiş türkiyəli meydanda cəmi 11 dəqiqə keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər