"Milan"ın baş məşqçisi Massimiliano Aleqqri komandadan qovulub. Fanat.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bu gün istefaya göndərilib.
Milan təmsilçisi müqaviləsinin müddəti bu ilin iyul ayında başa çatacaq Alleqrini uğursuz nəticələr səbəbi ilə istefaya göndərib. Komanda müvəqqəti olaraq, texniki direktor Mauro Tassottiyə tapşırılıb.
“Milan”ın baş məşqçisi postuna ən real namizəd kimi “rossoneri”lərin əfasnəvi futbolçusu, hazırda Braziliyanın “Botafoqo” klubunda çıxış edən hollandiyalı Klarens Zedorff göstərilir.
Qeyd edək ki, Massimiliano Aleqqri 2010-cu ildən “Milan”ı çalışdırır. Onun rəhbərliyi altında “qara-qırmızılar” İtaliya çempionluğu və Super Kubokunu qazanıb.
Fanat.az