AFFA rəsmisi azərbaycanlı oyunçunun komandasının oyununa təyinat aldı

AFFA rəsmisi azərbaycanlı oyunçunun komandasının oyununa təyinat aldı

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) matçında UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq. Albaniya təmsilçisində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir. Komandalar arasında Sloveniyadakı ilk görüşdə hesab açılmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər