AFFA prezidenti DÇ-nin qalibi olan Azərbaycan millisini təbrik etdi

AFFA prezidenti DÇ-nin qalibi olan Azərbaycan millisini təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf minifutbol üzrə Azərbaycan millisini Bakıda təşkil olunan dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Fanat.Az xəbər verir ki, Rövşən Nəcəf komandamızın turnirdə parlaq çıxış etdiyini və final oyununda yüksək performansla azarkeşləri sevindirdiyini bildirib:

“Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm”.

Finalda Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanan minifutbol millimiz dünya çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər