Adrian Pit Rumıniyaya qayıdır

Adrian Pit Rumıniyaya qayıdır
"Xəzər Lənkəran"dan ayrılan Adrian Pit karyerasını vətənində davam etdirəcək. Fanat.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, yarımmüdafiəçinin xidmətində "Universitatea" (Kluj) maraqlıdı. Transfer yaxın günlərdə reallaşacaq. Bu klub bir neçə gün əvvəl "Simurq"dan Raul Kostini heyətinə qatıb.
Qeyd edək ki, 2010/11 mövsümünün ilk yarısında "Universitatea"nın formasını geyinib və qış fasiləsində "Xəzər Lənkəran"a keçib. O, ölkəmizdə 99 oyuna çıxıb və 8 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər