"Qarabağ" Kiyevdəki zəfərlə UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb. Fanat.az xəbər verir ki, 1:0 hesablı qələbə komandamızı 154-cü pilləyə yüksəldib.
Ağdam klubunun hesabında 9,400 əmsal var. Bölgə təmsilçisi "Neftçi"ni qabaqlayaraq Azərbaycanın UEFA reytinqindəki ən yaxşı komandasına çevrilib.
Hazırda "Neftçi" 8,900-lə 177-ci, “İnter” 4,900 əmsalla 270-ci pillədədi. Digər təmsilçilərimizə gəlincə, "Xəzər Lənkəran" 298-ci(4,150), "Bakı" 340-cı (3,150), hərəyə 2,650 əmsala malik "Qəbələ" və AZAL isə 363-cüdü.
Fanat.az