Millimizin mayın 27-də ABŞ yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununda meydana çıxacağı stadion müəyyənləşib. Fanat.az xəbər verir ki, qarşılaşma San-Fransiskonun “Kendlstik Park” stadionunda baş tutacaq.
Milli Futbol Liqası təmsilçisi “San-Fransisko 49” klubunun ev stadionu 69732 tamaşaçı tutumuna malikdi. 1958-ci ildə tikintisinə başlanan bu arenanın açılışı 1960-cı ilə təsadüf edib. Stadionda futbolla yanaşı, beysbol və Amerikan futbolu üzrə oyunlar da keçirilir. Arenanın meydanı təbii ot örtüyünə malikdi.
Fanat.az