Mayın 28-də Amerika və Azərbaycan milliləri arasında baş tutan yoldaşlıq görüşündə obyektivin hədəfinə maraqlı foto düşüb.
Fanat.az aktual.az-a istinadən xəbər verir ki, əllərində ABŞ bayraqları ilə millilərini qələbəyə səsləyən çılğın azarkeşlərin arasında əynindəki qısaqol köynəyin üzərində "SSSR" yazılan azarkeşin əyləşməsi əsl paradoks olub. Sosial şəbəkələrdə geniş müzakirə edilən bu foto dünya mediasında böyük maraqla qarşılanıb.
Xatırladaq ki, matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Fanat.az