Roman Abramoviç Aleks Ferqyusona "Çelsi"nin baş məşqçi postunu təklif edib. Fanat.az xəbər verir ki, bu barədə şotland mütəxəssis özü açıqlama verib.
"Ser" titullu mütəxəssis bildirib ki, Abramoviç 2003-cü ildə "Çelsi"ni aldıqdan sonra ona təklif göndərib: "Mənə menecerlər vasitəsi ilə təkliflərini göndərəndə onlara "heç bir şansınız yoxdu" cavabını verdim".
Bu yay "Mançester Yunayted"dən ayrılan Ferqyuson rus milyaderin təklifini heç dühünmədən rədd etdiyini bildirib. O, yenidən "qırmızı şeytanlar"ın başına keçmək ehtimalının olmadığını da deyib. "Mançester Yunayted"in ilk turlardakı uğursuz çıxışı barədə danışan Ser Aleks həmyerlisi və varisi David Moyesə dəstək verib: "Mançester Yunyted"ə yenidən başçılıq etmək və ya qazandığı nəticələri düşünmürəm. Komanda etibarlı əllərdədi. Moyes çox yaşxı mütəxəssisdi, hər şey yaxış olacaq".