AÇ: Rauf Məmmədov Rumıniya şahmatçısına qarşı

AÇ: Rauf Məmmədov Rumıniya şahmatçısına qarşı

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı sona yaxınlaşır.

Fanat.Az xəbər verir ki, bu gün yarışda 10-cu turun qarşılaşmaları keçiriləcək.

Doqquz turdan 7 xalla turnir cədvəlində 2-ci sırada olan Rauf Məmmədov rumıniyalı Daniel-Boqdan Dyak ilə üz-üzə gələcək.

Nicat Məmmədov Mustafa Yılmaz (Türkiyə), Nicat Abbasov Qudmundur Kyartanson (İslandiya), Aydın Süleymanlı Lorin Kosta (İngiltərə), Riad Səmədov Lubomir Ftaçnik (Slovakiya) ilə münasibətləri aydınlaşdıracaq.

Görüşlər Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Hazırda Nicat Məmmədov 6,5 xalla 10-cu pillədə qərarlaşıb. Nicat Abbasov, Aydın Süleymanlı və Riad Səmədov isə aktivinə 5 xal yaza bilib.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər