70 milyonluq futbolçu "Bayern Münhen"dən gedir? - Özü dedi

70 milyonluq futbolçu "Bayern Münhen"dən gedir? - Özü dedi

"Real Madrid"in transfer siyahısında olan Alfonso Devis "Bayern Münhen"dən ayrılmaq istədiyi barədə yayılan informasiyalara reaksiya verib.

Fanat.Az-ın məlumatına görə,  "Bayern & Germany" kanadalı müdafiəçinin dediklərini belə çatdırıb:

"Özümü burada çox rahat hiss edirəm. İnanılmaz komandada oynayıram. Avropanın top klublarından birinin futbolçusuyam".

Qeyd edək ki, cari mövsüm "Bayern" forması ilə bütün turnirlərdə 26 matça çıxan Devis 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Alfonsonun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər