"Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreskinin yeni vəzifəsi müəyyənləşib. Fanat.az xəbər verir ki 2013/14 mövsümünün sonunda karyerasını başa vuran müdafiəçi Makedoniyanın "Şkendiya" klubunun idman direktoru təyin olunub.
Qeyd edək ki, Mitreski 2010-2014-cü illərdə çıxış etdiyi "Neftçi"nin heyətində 129 oyunda 1 qol vurub. 3 dəfə Azərbaycan çempionu (2010/11, 2011/12, 2012/13) və 1 dəfə Azərbaycan Kubokunun qalibi (2012/13) olmuş futbolçu əvvəllər Makedoniyanın "Sileks", Rusiyanın "Spartak" (Moskva), Ukraynanın "Metallurq" (Zaparoje), İsrailin "Beytar", Almaniyanın "Enerji Kottbus", Belçikanın "Beersxot" və Bolqarıstanın ÇSKA klublarında çıxış edib. O, 2001-ci ildə Rusiya çempionluğunu və Rusiya Kubokunu qazanı, 2001-2011-ci illərdə çıxış etdiyi Makedoniya yığmasında 70 oyun keçirib və 1 qol vurub.
Fanat.az