Premyer Liqanın son çempionu "Çelsi" transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, londonlular hücumçu transferi üçün axtarışlara başlayıb. Belçikalı Romelu Lukakunu əldən buraxan və Dieqo Koşta ilə yolları ayıran "zadəganlar"la bağlı iddia irəli sürülüb.
"Sky Sports"da yer alan xəbərə görə ingilis nəhəngi Dortmund "Borussiya"sının qabonlu hücumçusu Pyer-Emerik Aubameyanqı istəyir. Bir müdət öncə PSJ və "Liverpul"un da heyətdə görmək istədiyi futbolçuya "Çelsi" 80 milyon avroluq təklif göndərməyə hazırlaşır. Alman klubunun da bu təklifi qəbul edəcəyi gözlənilir.
Fanat.Az