Bolqarıstan yığmasının üzvü Azərbaycanda?

Bolqarıstan yığmasının üzvü Azərbaycanda?

Bolqarıstan millisinin futbolçusu Vladimir Qadjev karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, “Levski”nin yarımmüdafiəçisi ölkəmizdən təklif alıb.

Paytaxt təmsilçisinin rəhbərliyi Belçikanın “Gent” və “Lokeren” klublarının transfer etməyə çalışdığı, Azərbaycan və Polşadan da təkliflər alan orta sahə oyunçusunu buraxmaq istəmir. Bu üzdən bolqarıstanlılar 2007-ci ildən komandada çıxış edən futbolçu ilə yeni müqavilə imzalamağa çalışır. Vladimir isə hələ yekun qərarını verməyə tələsmir.

Qeyd edək ki, Vladimir 2009-cu ildən "Levski"də (144 oyun, 21 qol) çıxış edir. 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə 35 oyun keçirib və 5 qol vurub. O, əvvəllər Yunanıstanın "Panatinaikos", "Levadiakos" və OFİ klublarında çıxış edib, 2010-cu ildən çağırıldığı Bolqarıstan yığmasında 24 oyuna çıxıb və 1 qola imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər