2012/13 mövsümündə "Simurq"un şərəfini qorumuş Mario Bojiç Azərbaycana gəlir. Fanat.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi bazar günü ölkəmizdə olacaq.
Bojiç bu dəfə Azərbaycana hər hansı klubumuzla danışıqlar aparmağa gəlmir. Belə ki, ötən mövsüm "Simurq"da çıxış edən futbolçu may ayının maaşını almayıb. İndi vaxt tapan yarımmüdafiəçi bazar günü gəlib maaşını götürəcək.
Bojiç ötən mövsüm "Simurq"da 28 oyun keçirib və 6 qola imza atıb. O, cari mövsümün ilk yarısını ilk yarısını Yunanıstanın "Panahaiki" klubunda çıxış edib. Hazırda isə Serbiyanın "Vozdovats" klubunda forma geyinir.
Qeyd edək ki, "Simurq"un Bojiçdən başqa Zdravko Popoviç və Tomislav Buşiçə də bir aylıq maaş borcu var idi. Popoviç artıq gəlib pulunu aparıb. Buşiçin məsələsi isə hələlik açıq qalır. O, Albaniya çempionatında cari mövsüm başa çatandan sonra gələcək.
Fanat.az