Zinəddin Zidan Fransa millisini çalışdıracaq?

Zinəddin Zidan Fransa millisini çalışdıracaq?

Fransa millisinin heyətində dünya və Avropa çempionu olan Zinəddin Zidan gələcəyi barədə danışıb.

 

 

Fanat.Az "L’Equipe” nəşrinə istinadən xəbər verir ki, Əlcəzair əsilli mütəxəssis yığmada işləmək istəmədiyini deyib: "Hazırda ən önəmli mövzu Fransa millisidi. Yığmanı dünya çempionatında dəstəkləmək lazımdı. Hələ millini çalışdırmaq haqda fikirləşimirəm. İstirahət etmək və özümə gəlmək üçün bir müddət fəaliyyətimə ara vermişəm. Fransaya azarkeşlik edəcəm. Komandanın ikinci dəfə dünya çempionu olmasını arzulayıram”.

 

 

Xatırladaq ki, Zidan mayda Madrid "Real”I ilə Çempionlar Liqasını qazanandan sonra gözlənilmədən postundan gedib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər