Zaqatalaya 4 əskiklə...

Zaqatalaya 4 əskiklə...
"Rəvan” Premyer Liqanın XXVI turunda qarşılaşacağı "Simurq”la oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komanda Topaz bazar günü keçiriləcək görüş üçün iki gün əvvəldən məşqlərə başlayıb.
Çərşənbə günü "Bakı” ilə kubok görüşündən sonra bu matçda forma geyməyənlər məşq etmişdisə, dünən bütün komanda hazırlıqda iştirak edib. Sadəcə, Oke Akpoveta və Julio Sezar yüngül zədəli olduqlarından fərdi proqram əasında çalışıb. Bu futbolçular "Simurq”la görüşdə forma geyməyəcək. Ancaq məsələ heç də zədə ilə bağlı deyil. Çünki onlar həm də cəzalı durumdadırlar. Elə Lukaş Sapela və Novruz Məmmədov da. Bir sözlə, "Rəvan" Zaqatalaya 4 əsas heyət oyunçusu olmadan yollanacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər