Zaqatalada yubiley qolu

Zaqatalada yubiley qolu

"Simurq"un futbolçusu Draqan Çeran Topaz Premyer Liqasında yubiley qolunu vurub. Fanat.az xəbər verir ki, XXXIV turun “Bakı” ilə ev oyununda dubla imza atan serbiyalı 25-ci dəfə fərqlənib. 

Ötən mövsüm 31 matçda 11 qol vuran hücumçu cari çempionatdakı 25-ci oyunda 14-cü dəfə rəqib qapısına yol tapıb. 25-ci qolunu vuran Draqan “Simurq”un Premyer Liqada ən məhsuldar futbolçusu Vladimir Mazyarın rekorduna da yaxınlaşıb. Ukraynalıdan 3 top geri qalan Çeran bu siyahıda 2-cidi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər