Topaz Premyer Liqasının XX turu çərçivəsində baş tutan "Simurq" - "Bakı" qarşılaşmasında qalmaqal yaşanıb. Fanat.az xəbər verir ki, münaqişə "Simurq" azarkeşləri ilə polislər arasında yaşanıb.
Belə ki, oyunun başlamasına bir neçə dəqiqə qalmış polis əməkdaşları azarkeşlərə qadağan edilmiş ərazidə dayandıqlarını bildirib. Tribunada əyləşən futbolsevərlər isə nə baş verdiyini anlamayıb. Bir neçə dəqiqə davam edən mübahisədən sonra ara sakitləşib.
futbolinfo.az