Topaz Premyer Liqasının XXIV turunun 5 matçını 7700 nəfər stadiondan izləyib. Bu hər matça orta hesabla 1540 tamaşaçı deməkdi.
Ən çox tamaşaçı "Simurq" - "Qəbələ" matçına toplaşıb - 2700 nəfər. Ən az azarkeş isə "Bakı" - "Sumqayıt" oyununa maraq göstərib. Bu oyunu cəmi 250 nəfər izləyib.
Simurq - Qəbələ (2700 tamaşaçı)
Neftçi - Qarabağ (2000 tamaşaçı)
Xəzər Lənkəran - İnter (2000 tamaşaçı)
Rəvan - AZAL (800 tamaşaçı)
Bakı - Sumqayıt (250 tamaşaçı)
Ümumilikdə 24 turun 120 qarşılaşmasını 196750 nəfər stadiondan izləyib ki, bu da hər oyuna orta hesabla 1639 nəfər deməkdi. Ən çox tamaşaçı XX turun "Xəzər Lənkəran" - "Neftçi" matçına toplaşıb - 11000 nəfər. XIX turun "Sumqayıt" - "Qəbələ" qarşılaşmasında isə mövsümün antirekordu qeydə alınıb - 100 nəfər.
| Turlar üzrə azarkeş sayı | ||
| Tur | Azarkeş | Orta hesabla |
| I | 8500 | 1700 |
| II | 10600 | 2120 |
| III | 11100 | 2220 |
| IV | 13450 | 2690 |
| V | 6000 | 1200 |
| VI | 10550 | 2210 |
| VII | 5450 | 1090 |
| VIII | 10400 | 2080 |
| IX | 5800 | 1160 |
| X | 7550 | 1510 |
| XI | 8950 | 1790 |
| XII | 5000 | 1000 |
| XIII | 8700 | 1740 |
| XIV | 3700 | 740 |
| XV | 8050 | 1610 |
| XVI | 7200 | 1440 |
| XVII | 8050 | 1610 |
| XVIII | 5700 | 1140 |
| XIX | 1700 | 340 |
| XX | 16100 | 3220 |
| XXI | 8000 | 1600 |
| XXII | 12500 | 2500 |
| XXIII | 6000 | 1200 |
| XXIV | 7700 | 1540 |
| Cəmi | 196750 | 1639 |
Fanat.az