Mayın 19-da Bakıda Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək. Fanat.az xəbər verir ki, məşhur italiyalı müdafiəçisi, “Yuventus”, “Milan”, “Barselona” klublarında top qovmuş, ölkəsinin yığmasıyla 2006-cı ildə dünya çempionu adını qazanmış Canluka Zambrotta yığıncaqda forumun səfiri qismində iştirak edəcək.
Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker olacaq. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir vəlayihələrdən qazanılmış təcrübələrdir. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı, foruma Polşa, Çin vəTürkiyədən də könüllülər qatılacaq.
Forum barədə yenilikləri www.ifvf2014.com saytından izləyə bilərsiz.
Abşeron Marriott otelin Şərq zalında baş tutacaq forum saat 10.00-da start götürəcək.
Fanat.az