Hazırda "Xəzər Lənkəran"ın baş məşqçi vəzifəsini icra edən Yunis Hüseynov Azərbaycanı tərki edir. Klubdan Fanat.az-a verilən məlumata görə, mütəхəssis Maliyə yola düşür.
Yunis Hüseynov bu ölkədə futbolçu seçimi ilə məşğul olacaq. Onunla bərabər "Xəzər Lənkəran"ın tərcüməçisi Elvar Quliyev də səfərə çıхacaq.
Yunis Hüseynovla Elvar Quliyev mayın 18-dən 19-a keçən gecə səfərə yollanacaq.
Son iki turda "Xəzər Lənkəran"ı kimin meydana çıхarmasına gəlincə, buna hələ tam aydınlıq gəlməyib. Ola bilər ki, komandaya fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorre başçılıq etsin.
Fanat.az