"Hazırda Türkiyədə bütün klubların baş məşqçisi var. Bu səbəbdən hansısa komanda ilə danışıqlar aparmağım düzgün olmaz". Fanat.az xəbər verir ki, bu sözləri Yılmaz Vural deyib.
Bir müddət əvvəl milli komandamızdan təklif aldığını deyən qalmaqallı mütəxəssis ölkəmizlə bağlı danışıb və şikayət edib: "Ölkə xaricindən bir təklif var. Bülənt Yıldırım Qətərdə uğur qazanır. Onun bu uğurunu görənlər mənimlə maraqlanıb. Bülənt zəng edib "belə bir məsələ var, nə deyirsən" dedi. Onunla bu barədə danışdıq. Sabah bununla bağlı bir görüş olacaq. Şərtlər uyğun olsa, böyük ehtimalla Qətərə gedəcəm. Azərbaycan yığması ilə bağlı da bir məsələ var. Təəssüf ki, bu ölkədə dəyərimizi anlamırlar. Mümkün olarsa, mən də xaricdə çalışmağı firirləşirəm".
Fanat.az