İngiltərə Premyar Liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, son çempion "Mançester Yunayted" bu gün "Liverpul"un qonağı olub.
Oyun Liverpul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 4-cü dəqiqədə künc zərbəsindən sonra başla Daniel Sturridge imza atıb.
Qeyd edək ki, "Mançester Yunayted" ötən tur "Çelsi" ilə ev oyununda xal itirmişdi - 0:0. Son çempion 3 turdan sonra 4 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
"Liverpul"a gəlincə, "qırmızılar" ardıcıl 3-cü oyunda 3-cü qələbələrini qazanıblar. Maraqlıdı ki, hər 3 oyun 1:0 hesabı ilə başa çatıb və bütün qolları Daniel Sturridge vurub.
Fanat.az