AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı isveçrəli hakimlərə tapşırıb.
Matçı Stepan Studer idarə edəcək. 39 yaşlı ədalət təmsilçisi 2009-cu ildən FIFA referisi statusu daşıyır. Fransız, alman və ingilis dillərində danışan Studer beynəlxalq arenada son olaraq Avropa Liqasının oktyabrın 2-də baş tutan Lokeren (Belçika) - "Metallist" (Ukrayna) matçını idarə edib.
Baş hakimisə Sandro Pozzi Jean-İves Vixt yardım edəcək. Qarşılaşmanın dördüncü hakimi Vital Yobin, əlavə köməkçi hakimləri Alain Bieri və Saş Amhof olacaq.
Baş hakim: Stepan Studer.
Baş hakimin köməkçiləri: Sandro Pozzi, Jean-İves Vixt.
Dördüncü hakim: Vital Yobin.
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof.
Fanat.az