Adı "Liverpul"la yanaşı hallandırılan "Bayer Leverkuzen"in baş məşqçisi arzuolunmaz vəziyyətlə üzləşib.
Fanat.Az xəbər verir ki, onun adından açılan saxta sosial şəbəkə hesabında azarkeşlərdən pul istənilib.
Bu barədə "Mirror" məlumat yayıb. Xəbərə görə, Tailanddakı fırıldaqçılar Alonsonu Yürgen Kloppun varisi kimi görmək istəyən azarkeşləri aldatmağa çalışırlar. Alonsonun adından belə yazılıb: "Mən Xabi Alonsoyam, gələn mövsüm "Liverpul"u çalışdıracağam. Amma Liverpula uçmaq üçün pulum yoxdur".
Rəylərdə ispan məşqçinin azarkeşlərdən Liverpula təyyarə biletlərini ödəmək üçün 8,50 dollar tələb olunduğu bildirilib.
İşə Tailand polisi qarışıb. Hüquq-mühafizə orqanları azarkeşlərdən özlərini "Bayer"in baş məşqçisi Xabi Alonso kimi təqdim edən fırıldaqçılara pul göndərməməyi xahiş edib: “Liverpul" azarkeşləri, sakit olun. Xabi hələ məşqçi deyil, amma fırıldaqçı artıq peyda olub”.
"Liverpul"un baş məşqçisi Yürgen Klopp mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. Bundan sonra Alonso "qırmızılar"ın başına keçməyə ehtimal olunan namizədlərdən biridir.
Mirağa