Almaniyada dünyasını dəyişən tanınmış şahmatçımız Vüqar Həşimovun cənazəsi Almaniyanın Frankfurt şəhərindən Bakıya yola salınıb. Fanat.az xəbər verir ki, bu barədə musavat.com-a məlumatı Almaniyada yaşayan soydaşımız Fərrux Məmmədov verib. Xüsusi reyslə yola salınan cənazə səhərə yaxın Bakıda olmalıdı.
Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeysterlə vida mərasimi bu gün olacaq. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11.00-da başlayacaq.
Üç saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.
Fanat.az