Vüqar Həşimovun cənazəsi Bakıya xüsusi reyslə gətiriləcək

Vüqar Həşimovun cənazəsi Bakıya xüsusi reyslə gətiriləcək

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovun cənazəsi Bakıya xüsusi təyyarə ilə gətiriləcək. Fanat.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

 

O bildirib ki, təyyarə bu gün paytaxtımızdan Almaniyanın Frankfurt şəhərinə yola düşəcək. Həşimovun nəşi yanvarın 14-də Bakıda olacaq. Sabah günün birinci yarısında Respublika Şahmat Mərkəzində mərhumla vida mərasimi keçiriləcək.

 

Məmmədovun sözlərinə görə, Həşimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə də yaxın vaxtlarda müəyyən qərarlar qəbul olunacaq: “Müxtəlif variantlara baxılacaq. Respublika Şahmat Mərkəzinə Vüqar Həşimovun adının verilməsi bu variantlardan biridi”.

 

Qeyd edək ki, Vüqar Həşimov başındakı şişdən yanvarın 11-ə keçən gecə dünyasını dəyişib. Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, Beynəlxalq Şahmat Federasiyasının 2011-ci ilin martına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. 

Lent.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər