Vernerin "Çelsi"ni seçməsinin səbəbkarları - Lempard və Çex

Vernerin "Çelsi"ni seçməsinin səbəbkarları - Lempard və Çex
"Layptsiq"in hücumçusu Timo Verner karyerasını "Çelsi"də davam etdirməyə yaxındı.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Frenk Lempard və keçmiş qolkiper, klubun hazırkı texniki məsləhətçisi Petr Çex Vernerlə danışıqlarda iştirak ediblər. Fevral ayında Almaniyaya qeyri-rəsmi səfər edən ikili alman futbolçu, onun ailəsi, o cümlədən meneceri ilə görüşərək onu transferə inandıra biliblər.
Mənbənin məlumatına görə, danışıqlarda əsas rolu, alman dilini mükəmməl bilən, Vernerin ətrafı ilə əlaqə quran və tərcümədə köməklik edən Petr Çex oynayıb. Çexiyalı qapıçı və Lempardın eyni yolla Hakim Zieşin ("Ayaks") keçidini həll etdikləri bildirilir.
"Çelsi" Vernerə görə "Layptsiq"ə 60 milyon avro ödəyəcək. Daha öncə 24 yaşlı forvardın adı "Liverpul"la birlikdə hallanırdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər