Uğurlu seriyanı "Roma" qırdı- RƏQƏMLƏR VƏ FAKTLAR

Uğurlu seriyanı "Roma" qırdı- RƏQƏMLƏR VƏ FAKTLAR

Çempionlar Liqasının qrup mərhələsinin II turunda öz meydanında “Roma”ya 1:2 hesabıyla uduzan “Qarabağ”ın uğurlu seriyası qırılıb. 

Fanat.Az-ın hesablamalarına görə, ÇL çərçivəsində yubiley - 20-ci oyununda məğlubiyyətlə üzləşən ağdamlılar qitənin ən nüfuzlu klub turnirində ilk dəfə "doğma divarlar" arasında yenilib. 

 

 

10-cu ev oyununda meydandan xalsız ayrılan "köhlən atlar" bunadək 5 qələbəyə sevinmiş, 4 dəfə rəqibləriylə bərabərə qalmışdı. ÇL-də 2014/15 mövsümündə debüt edən “Qarabağ” Azərbaycanda çıxdığı matçlarda 16 dəfə rəqiblərini oyuna mərkəzdən başlamağa məcbur edibsə, 4 qola üzülüb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər