Ulduz futbolçular İspaniya La Liqasını tərk edə bilər.
Fanat.Az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas açıqlama verib.
Belə ki, İspaniya hökuməti böyük məbləğdə əmək haqqı alan şəxslərdən daha çox pul tutulması ilə bağlı vergi islahatına hazırlaşır. Xavyer Tebasin fikrincə, bu dəyişiklik İspaniya klublarının top-futbolçuları heyətə qatmalarına mənfi təsir edə bilər, ulduz futboçular La Liqadan qaça bilər.
Onun sözlərinə görə, bu tədbirlər klublara illik ümumilikdə, 80 milyon avroya başa gələcək. Hazırda klublara yeni müqavilələrin rəsmiləşməsi zamanı güzəştli vergi tətbiq olunur. Buna rəğmən, son vaxtlar Lionel Messi, Kriştiano Ronaldo, Marselo, Angel Di Mariya kimi futbolçular vergidən yayınmaqdan ittiham olunaraq məhkəmə önünə çıxarılıblar. Məhz bu cür hallar İspaniya hökumətini vergi islahatı aparmağa sövq edir.
Fanat.Az