Ukraynalı futbolçu Fransa klubunda

Ukraynalı futbolçu Fransa klubunda

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın “Atalanta” klubunun və Ukrayna milli komandasının yarımmüdafiəçisi Ruslan Malinovskini icarəyə götürüb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Fransa təmsilçisi 29 yaşlı futbolçunu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalma şərti də var.

Malinovski 2019-cu ildən “Atalanta”da forma geyinirdi. O, İtaliya klubunda 143 oyuna 30 qol vurub. Yarımmüdafiəçi Ukrayna yığmasında da 51 oyuna çıxıb, 7 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər