Ukrayna millisinin üzvü bu ay La Liqa klubuna keçəcək

Ukrayna millisinin üzvü bu ay La Liqa klubuna keçəcək

Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Viktor Tsıqankov karyerasını İspaniyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 25 yaşlı Tsıqankov bu ay İspaniyanın elita təmsilçilərindən olan "Jirona"ya qoşulacaq. Mənbə klubların öz aralarında transferin bütün detalları ilə bağlı razılığa gəldiyini və keçidin yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib.

Qeyd edək ki, Tsıqankov bütün karyerasını "Dinamo"da keçirib. Onun Kiyev təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər