UEFA: "Ağayev Azərbaycanın ən yaxşı qapıçısıdı"

UEFA: "Ağayev Azərbaycanın ən yaxşı qapıçısıdı"

UEFA-nın rəsmi saytı milli komandaların tarixində ən yaxşı qapıçılara həsr olunmuş yazı hazırlayıb. Fanat.az xəbər verir ki, materialın Azərbaycan yığmasına aid hissəsində Kamran Ağayevin adı öz əksini tapıb:

"Əlbəttə, 51 oyunda 80 buraxılmış qolla öyünmək olmur. Ancaq bu gün də millinin şərəfini qoruyan 28 yaşlı Ağayevi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ən yaxşı qapıçısı adlandırmaq olar. 2009-cu ildə Azərbaycanın ən yaxşı qapıçısı nominasiyasının qalibi olan Kamran Ağayev dəfələrlə milli komandasını qollardan xilas edib, xallar əldə etməsində müstəsna pay sahibi olub, böyük hesablı məğlubiyyətlərdən qurtarıb. Ağayev emosionallığı ilə məşhurdu. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində türklərlə oyun öncəsi Avstriyadan alınan 0:3 hesablı məğlubiyyətdən sonra qəzəblənən qolkiper bəyan etdi: "Məğlub duruma düşsək, dava salacam". Azərbaycanın favorit üzərində qələbə qazandığını söyləməyə ehtiyac qalır?".

Siyahıdakı digər qapıçıların siyahısı:

Albaniya: Perlat Musta

Almaniya: Zepp Mayer

Andorra: Koldo Alvares de Eulate

Avstraiya: Valter Zeman

Belarus: Mixail Verqeenko

Belçika: Jean-Marie Pfaff

Bosniya və Hersoqovina: Enver Mariç

Bolqarıstan: Borislav Mihaylov

Cəbəllütariq: Toni Maşedo

Cənubi Kipr: Nikos Panayiotou

Çernoqoriya: Draqoye Lekoviç

Çexiya: Petr Çex

Danimarka: Peter Şmeyxel

Ermənistan: Alyoşa Abrahamyan

Estoniya: Mart Poom

Estoniya: Mart Poom

Farer adaları: Yakup Mikkelsen

Finlandiya: Antti Niemi

Fransa: Fabian Bartes

Gürcüstan: Otar Qabeliya

Hollandiya: Edvin van der Sar

İngiltərə: Qordon Banks

İrlandiya: Şay Qiven

İslandiya: Byarni Siqurdsson

İspaniya: Rikardo Zamora

İsrail: Yakov Hodorov

İtaliya: Dino Zoff

İsveç: Karl Svensson

İsveçrə: Marko Paskolo

Latviya: Aleksandrs Kolinko

Litva: Vladas Tuçkus

Lüksemburq: Conatan Cubert

Lixtenşteyn: Peter Jehle

Macarıstan: Qyula Qrosiçs

Makedoniya: Blaqoye Vidiniç

Malta: Mario Muskat

Moldova: Denis Romanenko

Norveç: Erik Torstvedt

Polşa: Jozef Mlinarçik

Portuqaliya: Manuel Bento

Qazaxıstan: Kuralbek Ordabayev

Rumıniya: İon Voynesku

Rusiya: Lev Yaşin

San Marino: Klaudio Mayani

Serbiya: Milutin Şoşkiç

Slovakiya: Viliam Şrof

Sloveniya: Samir Handanoviç

Şimali İrlandiya: Pat Yenninqs

Şotlandiya: Cim Leyqton

Türkiyə: Rüştü Reçber

Uels: Nevill Soutall

Ukrayna: Ukraine: Aleksandr Şovkovski

Xorvatiya: Vladimir Beara

Yunanıstan: Antonis Nikopolidis

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər