UEFA Kubokunun qalibi Bakı klubuna gəlir

UEFA Kubokunun qalibi Bakı klubuna gəlir
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun Gürcüstana səfər edib. Fanat.az futbol11.az saytına istinadən xəbər veiir ki, baş məşqçi ölkə kubokunun "Dinamo" və "Çixura" arasındakı final matçını izləyib.
Əhmədov “Dinamo”nun futbolçusu Xiskonu iş başında görüb. İspan forvard 22-ci dəqiqədə hesabı açaraq komandasının qələbəsində pay sahibi olub. Əhmədov bu futbolçu vasitəsi ilə AZAL-ın hücum xəttindəki problemi aradan qaldırmaq istəyir. Transferin baş tutub-tutmayacağı hələ bilinmir.
Qeyd edək ki, tam adı Françisko Xavyer Munoz Llompart olan ispan hücumçu 2011-ci ildən "Dinamo"da çıxış edir. Gürcüstanda 113 oyun keçirib və 73 qol vurub. Xisko 2012/13 və 2013/14 mövsümlərində Gürcüstan çempionu, 2012/13 və 2013/14 mövsümündə ölkə kubokunun qalibi olub. O, 2012/13 mmövsümündə 24 qol vuraraq Gürcüstan çempionatının bombardiri adını qazanıb.
1999-2003-cü illərdə "Valensiya"nın B komandasında çıxış edən (39 oyun, 15 qol) Xisko "Rekreativo" (2000-2001 və 2002-2003, 62 oyun, 16 qol) və "Tenerife" (2001-2002, 28 oyun, 1 qol) klublarına icarəyə verilib. O, 2003-2005-ci illərdə "Valensiya"nın əsas komandasında top qovub (44 oyun, 4 qol). Forvard 2003/04 mövsündə İspaniya çempionluğunu, UEFA Kubokunu və Avropa Super Kubokunu qazanıb. Xisko daha sonra "Betis" (2005-2009, 80 oyun, 8 qol) və "Levante" (2009-2011, 57 oyun, 9 qol) klublarında çıxış edib.
Xisko İspaniyanın U-17 (1998, 3 oyun, 1 qol), U-18 (1998-1999, 6 oyun, 2 qol) və U-21 (2000-2001, 8 oyun, 2 qol) yığmalarında forma geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər