UEFA-dan "Budyo-Qlimt"lə "Roma"nın məşqçilərinə ağır cəza

UEFA-dan "Budyo-Qlimt"lə "Roma"nın məşqçilərinə ağır cəza

Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra "Budyo-Qlimt"in baş məşqçisi Ketil Knutsen və "Roma"nın qapıçılar üzrə məşqçisi Nunu Santuş arasında baş verən münaqişəyə görə hər iki mütəxəssis müvəqqəti olaraq futboldan kənarlaşdırılıb. 

Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Müvəqqəti kənarlaşdırma UEFA-nın Nəzarət, Etika və İntizam Qurumunun məsələ ilə bağlı qərarını verənə qədər davam edəcək.

Cavab oyunu aprelin 14-də Romada keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər