UEFA-dan AFFA-nın müraciəti əsasında "Qarabağ"ın oyununa təyinat

UEFA-dan AFFA-nın müraciəti əsasında "Qarabağ"ın oyununa təyinat
Polşada "Legiya” və "Qarabağ” komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off oyununa UEFA xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edib.
Fanat.Az xəbər verir ki, bu addım AFFA-nın müraciəti əsasında gerçəkləşib. 
Qeyd edək ki, müraciət son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, oktyabrın 1-də, Polşanın paytaxtı Varşava şəhərindəki "Wojska Polskiego” stadionunda keçiriləcək qarşılaşma ilə əlaqədar ünvanlayıb. Avropa Liqasının qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki "Josy Barthel” stadionunda keçirilmiş "Düdelanj” – "Qarabağ” oyununun gedişində erməni təxribatçılarının üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb.
 
Bildirilib ki, "Legiya” – "Qarabağ” oyununda ermənilərin siyasi xarakterli təxribatçı addımlara yol verməmələri üçün UEFA-nın qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşması vacibdir.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər