UEFA Bakıya almaniyalı hakimləri göndərir

UEFA Bakıya almaniyalı hakimləri göndərir

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Aris" matçına hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın kiprlilərlə ev oyunu almaniyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Bastian Dankert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Eduard Baytinqer kömək edəcək. Dördüncü hakim funksiyasını Sven Yablonski yerinə yetirəcək.

"Neftçi" - "Aris" matçı iyulun 28-də, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər