Tuxel Lukakunun "Çelsi"yə dönmək ehtimalı haqda nə dedi?

Tuxel Lukakunun "Çelsi"yə dönmək ehtimalı haqda nə dedi?

"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Milan "İnter"inə icarəyə verilən Romelu Lukakunun geri dönmək ehtimalından danışıb.

Fanat.Az xəbər verir ki, almaniyalı çalışdırıcının söylədiklərini "Goal" belə çatdırıb:

"Romelo öz getmək istəyirdi. Biz də klub rəhbərliyi ilə birlikdə qərara gəldik ki, ona problem yaratmayaq. Təbii, icarəyə verildiyini nəzərə alsaq, qayıtmaq ehtimalı da var. Bu gün nəyin necə olacağını demək çətindir".

Xatırladaq ki, Lukaku "Çelsi"yə 2021-ci ilin yayında məhz "İnter"dən transfer olunub. Onun "zadəganlar"la olan müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər