"Çelsi"nin baş məşqçisi Tomas Tuxel "Sevilya"nın və Fransa millisinin müdafiəçisi Jül Kundenin mümkün transferi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, Tuxelin söylədiklərini sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Kunde ilə bağlı hər hansı yenilik yoxdur. "Çelsi"yə keyfiyyətli futbolçular lazımdır. Şübhəsiz, səviyyəli futbolçularımız var. Ancaq biz o qədər də rəqabətədavamlı deyilik. Bunu "Arsenal"a qarşı keçirdiyimiz yoxlama oyununda da gördünüz".
Qeyd edək ki, "Çelsi" dünən keçirilən sınaq qarşılaşmasında London "Arsenal"ına 0:4 hesabı ilə uduzub.
Nihat