Tuxel "Çelsi"nin forvardını istəyir - Gedir?

Tuxel "Çelsi"nin forvardını istəyir - Gedir?

"Bayern Münhen"in yeni baş məşqçisi Tomas Tuxel "Çelsi"nin alman hücumçusu Kay Havertsin Münhen təmsilçisinə keçməsini istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Xəbərə görə, 23 yaşlı futbolçunun Tuxellə əla münasibətləri olsa da, o, "zadəganlar"ı tərk etməkdə maraqlı deyil.

Qeyd edək ki, Haverts 2020-ci ildən "Çelsi"də top qovur. Sözügedən oyunçu Tuxel London təmsilçisini çalışdırdığı dönəmdə Çempionlar Liqasının qalibi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər