"Yuventus"un müdafiəçisi Matteys de Liqt karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az si.com-a istinadən xəbər verir ki, onun xidmətində "Çelsi" maraqlıdır.
"Zadəganlar"ın alman çalışdırıcısı Tomas Tuxel rəhbərliyə niderlandlı müdafiəçinin transfeinin vacib olduğunu çatdırıb. London klubunun sözügedən arxa xətt oyunçusuna görə Turin klubuna rəsmi təklif göndərəcəyi gözlənilir.
De Liqtin "qoca sinyora" ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat