Türk klubunun rəsmisi Bakıda futbolçu axtarır

Türk klubunun rəsmisi Bakıda futbolçu axtarır
Türkiyənin "Şanlıurfaspor" klubunun idman direktoru Mustafa Daldık Azərbaycana gəlib. Fanat.az xəbər verir ki, klub rəsmisinin məqsədi ölkəmizdə bəzi futbolçuları izləməkdi.
Daldık hazırda "Şəfa" stadionunda "İnter" və "Xəzər Lənkəran"ın əvəzedici komandalar arasında keçirilən oyunu izləyir. PTT 1-ci liqasında çıxış edən klubun idman direktoru sabah Premyer Liqanın "Sumqayıt" - "Bakı" matçına da canlı baxacaq. O, bu oyunlarda maraq dairələrinə düşən futbolçuları iş başında görəcək və qeydlər aparacaq. "Şanlıurfaspor" adı açıqlanmayan futbolçularımızı qışda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Daldık əvvəllər menecer fəaliyyəti ilə məşğul olub və 2004-cü ildə Mahir Şükürovun "Antalyaspor"a keçidində rol oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər