Yaydan etibarən Kaxabar Tsxadadze birdəfəlik "İnter"dən ayrılaraq Gürcüstan millisinin başına keçəcək. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, gürcü məşqçi millidə quracağı məşqçilər korpusuna bir nəfər azərbaycanlı məşqçini də daxil etmək istəyir.
Söhbət "İnter"in məşqçilər korpusunda yer alan Ağakişi Mehdizadədən gedir. Kaxa artıq 26 yaşlı məşqçiyə Gürcüstan millisində çalışmaq təklifini edib. Ağakişi isə ilk növbədə "İnter" rəhbərliyinin xeyir-duasını almaq istəyir. Yalnız bu halda Gürcüstana gedə bilər.
Maraq üçün qeyd edək ki, Mehdizadə Malta və Almaniya matçları öncəsi rəqiblər haqqında ətraflı məlumatları toplayaraq Kaxaya təqdim etmişdi. Elə Tsxadadze də həmyerlimizi daha çox analitik keyfiyyətlərinə görə yanında görmək istəyir.
Fanat.az